04 May 2024
İlham Əliyev dövlət agentliyinə bir milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev dövlət agentliyinə bir milyon manat ayırdı - SƏRƏNCAM

09 İyun 2022
Baxış: 488

Prezident İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin bir milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.