03 May 2024
İki nəhəng asteroid Yerə YAXINLAŞIR - NASA AÇIQLADI

İki nəhəng asteroid Yerə YAXINLAŞIR - NASA AÇIQLADI

29 İyul 2022
Baxış: 409

Yer planetinin yaxınından iki böyük asteroid keçəcək.

AJMEDİA.İNFO "haber global"a istinadən xəbər verir ki, göydələn böyüklüyündə iki asteroid Yerə yaxınlaşır. Onlardan birinin dünyaya ən yaxın olacağı gün bu gün, ikincisinin isə 30 iyul şənbə günüdür.

Astronomlar asteroidin ən geniş nöqtəsinin təxminən 122 metr olduğunu hesab edirlər.

Qeyd edək ki, asteroid Yerdən təqribən 2.800.000 kilometr və ya Yerlə Ay arasındakı orta məsafədən yeddi dəfə çox məsafədə planetimizdən təhlükəsiz şəkildə yan keçəcək.

NASA-nın məlumatına görə, bu kosmik qaya bir neçə ildən bir Yerə yaxınlaşır və onun növbəti yaxınlaşması 2028-ci ilin yanvarında gözlənilir.

Məlumata görə, şənbə günü hər zamankı asteroidlərdən daha böyük ikinci asteroid planetimizin yaxınlığından keçəcək. Lakin sözügedən səma cismi digəri ilə müqaisədə yerdən daha uzaq məsafədə olacaq.

"2013 CU83" adlı göy cisminin ən geniş görünən nöqtəsində diametri təxminən 183 metr və Yerdən təqribən 6,960,000 kilometr, yəni Yerlə Ay arasındakı orta məsafədən təxminən 18 dəfə çox uzaqda olacaq.

Asteroid saatda 21.168 kilometr sürətlə hərəkət edəcək.