04 May 2024
İki ərəb ölkəsi arasında əlaqələr KƏSİLDİ

İki ərəb ölkəsi arasında əlaqələr KƏSİLDİ

25 Avqust 2021
Baxış: 584

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Əlcəzair xarici işlər naziri Ramtan Lamamra deyib.

“Tarix Mərakeşin Əlcəzairə mənfi və düşmən münasibətini təsdiqləyib”, - deyə nazir bildirib.

Məsələ ilə bağlı Mərakeşdən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, iki ölkə arasında Qərbi Saxara ərazisindən dolayı münaqişə mövcuddur.(axar.az)