04 May 2024
"Humanitar fasilənin müddəti 10 girov qarşılığında artırıla bilər" - Netanyahu

"Humanitar fasilənin müddəti 10 girov qarşılığında artırıla bilər" - Netanyahu

27 Noyabr 2023
Baxış: 370

İsrailin Baş naziri Benyamin Netanyahu, HƏMAS tərəfindən azad edilən hər 10 israilli məhbus üçün humanitar fasilənin bir gün uzadıla biləcəyini ifadə edib.

AJMEDİA.İNFO xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefonda danışdığını ifadə edib. Telefon danışığı barədə açıqlama verən Netanyahu İsrailin bu yanaşmaya razılıq verə biləcəyini qeyd edib. O, humanitar fasilə başa çatdıqdan sonra İsrailin bütün qüvvəsi ilə hərbi əməliyyatları bərpa edəcəyini Baydenə çatdırıb.

“İsrailin məqsədi HƏMAS-ı məhv etmək, Qəzzanın əvvəlki vəziyyətinə qayıtmamasını təmin etmək və israilli məhbusları geri qaytarmaqdır” - Netanyahu deyib.