05 May 2024
Həsən Ruhani həbs oluna bilər - Ondan 700 min nəfər şikayətçi var

Həsən Ruhani həbs oluna bilər - Ondan 700 min nəfər şikayətçi var

18 İyun 2023
Baxış: 445

İranın eks-prezidenti Həsən Ruhani ilə bağlı 700 min nəfərin şikayəti əsasında 2 dosye Baş Prokurorluğa təqdim edilib.

"Xaneye-mellət" xəbər verir ki, bu barədə "90-cı maddə üzrə" komissiyanın sədri Nəsrullah Pejmanfər danışıb.

Onun sözlərinə görə, H. Ruhani barəsində həbs-qətimkan tədbiri və ya ziyanın ödənilməsinə dair məhkəmə qərarının çıxarılması gözlənilir.

Parlament komissiyasının sədri Ruhani administrasiyasının dövründə bir layihəyə əsasən, neftin satışı və daşınması ilə bağlı 1,7 milyard dollara yaxın vəsait xərcləndiyini və ölkəyə 25 milyon dollar ziyan vurulduğunu bildirib.

Pejmanfər deyib: “Keçmiş prezidentdən fond bazarındakı problemlər və valyuta müdaxilələri ilə bağlı şikayətlər prokurorluğa göndərilib. 700 min insanlar şikayətçidir". yenisabah.az