05 May 2024
"Hərbçilərimiz arasında itkilər çoxdur" - Putinin sözçüsündən İLK ETİRAF

"Hərbçilərimiz arasında itkilər çoxdur" - Putinin sözçüsündən İLK ETİRAF

08 Aprel 2022
Baxış: 567

“Bəli, hərbçilərimiz arasında əhəmiyyətli sayda itkilərimiz var. Bu, böyük faciədir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews”a müsahibəsində verib.

D. Peskov əlavə edib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biri üçüncü dünya müharibəsi təhlükəsinin, o cümlədən nüvə silahına malik NATO ölkələrinə qarşı təhlükənin qarşısını almaqdır.

Qeyd edək ki, martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibədə 1351 hərbçinin öldürüldüyünü açıqlayıb. Ukrayna tərəfi isə Rusiyanın 19 minə yaxın hərbçisinin məhv edildiyini bildirib.