04 May 2024
Həkimdən XƏBƏRDARLIQ!: Delta ştammına uşaqlar daha tez yoluxur - VİDEO

Həkimdən XƏBƏRDARLIQ!: Delta ştammına uşaqlar daha tez yoluxur - VİDEO

23 İyul 2021
Baxış: 571

Koronavirusun delta ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABR-24-ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

“Tədqiqatlar göstərirdi ki, COVİD-19-un əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənclər yoluxduqda xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2 500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi.

Lakin delta ştammı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştamlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir” - deyə o bildirib.

Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı şəxslər qorunmuş olur:

“Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir”.