05 May 2024
Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü - Görün hansı əməlləri törədibmiş... - DƏHŞƏTLİ FAKTLAR

Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü - Görün hansı əməlləri törədibmiş... - DƏHŞƏTLİ FAKTLAR

03 Fevral 2022
Baxış: 508

Bakıda daha bir məhkum ölüb.

AJMEDİA.İNFO Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssislərindən birində qeydə alınıb. Orada saxlanılan Hüseyn Abdulvahabov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Dünyasını dəyişən H.Abdulvahabov bir neçə il əvvəl ağır cinayətlərdə ittiham olunaraq həbs edilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olub. Milliyətcə çeçen olan H.Abdulvahabovun qardaşı Sidek H.Məmmədovun “sağ əli” imiş. Adıçəkilən çeçen qardaşlar H.Məmmədovun sifarişi ilə ən ağır cinayətlərə imza atıblar.

Onların törətdiyi cinayətlər arasında “Azərmebelsənaye” İstehsalat Birliyinin sədri Nazim Paşayevin oğurlanması da var. Belə ki, Hüseyn və qardaşı Sidek H.Məmmədovun təhriki ilə Nazim Paşayevi oğurlayaraq istədikləri pulu ala bilmədikləri üçün onu və sürücüsünü qətlə yetiriblər.

Bundan başqa, onlar 1996-cı ilin avqustunda İlham Qədimzadəni oğurlayaraq valideynlərindən 200 min dollar tələb ediblər. Pulu ala bilmədiyini gördükdə isə onun qulağını kəsərək ailəsinə göndəriblər. Sonradan 180 min dollar pul alaraq İ.Qədimzadəni sərbəst buraxıblar.

Hüseyn və Sidek qardaşlarının bu kimi cinayətlərinin sayı çoxdur.

Məhkəmənin hökmü ilə H.Məmmədovla birgə Hüseyn və Sedik qardaşları da ömürlük azadlıqdan məhrum ediliblər. H.Məmmədov 2017-ci ildə saxlanıldığı həbsxanada özünü asaraq intihar edib. H.Abdulvahabovun qardaşı Sidek isə hazırda Bakıda cəza çəkir.