02 May 2024
Gürcüstanın Baş Prokurorluğu: Saakaşvilini 6 illik həbs gözləyir

Gürcüstanın Baş Prokurorluğu: Saakaşvilini 6 illik həbs gözləyir

01 Oktyabr 2021
Baxış: 614

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.

Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.