03 May 2024
Güclü küləyin fəsadları: Bakıda 4 maşını aşırıb - RƏSMİ

Güclü küləyin fəsadları: Bakıda 4 maşını aşırıb - RƏSMİ

11 Noyabr 2021
Baxış: 769

Güclü külək Bakıda bir sıra fəsadlar törədib.

AJMEDİA.İNFO report-a istinadən bildirir ki, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, noyabrın 10-da müxtəlif saatlarda Su İdman Sarayı - Bibiheybət yolunda hərəkətdə olan 4 yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə avtomobillərə maddi ziyan dəyib.