04 May 2024
Gəncədə nişanlı gənc qız evlənmək istəmədiyi üçün özünü xəstəxanın 3-cü mərtəbəsində atıb

Gəncədə nişanlı gənc qız evlənmək istəmədiyi üçün özünü xəstəxanın 3-cü mərtəbəsində atıb

30 Mart 2022
Baxış: 488

Hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Xəstəxananın II Terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü G.Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə 2001-ci G.Mahmudova sözü gedən xəstəxanada tibbi bacısı işləyir.

Onun intihar etməsinin səbəbi isə ailə münaqişəsindən olub. Nişanlı olan qızın aprelin 15-də toyu olacaqmış. Ailə həyatı qurmaq istəməyən 21 yaşlı tibb bacısı telefonda anası ilə mübahisə etdikdən sonra bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır. Moderator.az