03 May 2024
Füzuli Hava Limanını İsrail HHQ-yə İCARƏYƏ VERƏK - TƏKLİF

Füzuli Hava Limanını İsrail HHQ-yə İCARƏYƏ VERƏK - TƏKLİF

27 Oktyabr 2021
Baxış: 723

Jurnalist Elçin İlqaroğlunun yazısı

Füzuli Beynəlxalq Hava Limanının açılışında olduqca möhtəşəm mənzərələrə şahid olduq. Təbii ki, siyasi ənənəçilərin narazılığı və qeybətinə də şahidlik etdik. Onların ən çox etiraz etdiyi məsələ bu və yeni açılacaq bu kimi hava limanlarına büdcədən yüksək məbləğdə vəsait ayrılmasına gərək yox idi, ümumiyyətlə, bu cür obyektlərin tikintisinə gərək yoxdu, çünki onlar gəlir gətirməyəcək, rentabelli işləməsi şübhə altındadı. İlk baxışda onlara bəlkə də haqq vermək olar. Ancaq...

İsrail bizim müttəfiqimizdir, dost və qardaş ölkədi. Bu ölkənin hərbi hava qüvvələri dünyada sayılıb-seçilən, ilk onluğa girən hərbi birləşmədi. Ancaq İsrailin ərazisi olduqca kiçikdi, təbii ki, bu kiçik ərazinin səması da o qədər geniş deyil. Bu səbəbdən də İsrail Hərbi Hava qüvvələrinə məxsus döyüş təyyarələrinin hərbi təlimlər vaxtı manevr etmə imkanları çox kısıtlıdır.

Əvvəllər İsrail bu problemini Türkiyə vasitəsilə həll edir, hərbi təlimlər vaxtı Türkiyənin səması və eləcə də bəzi hava limanlarından istifadə edirdi. Təbii ki, bununçün İsrail Türkiyəyə ödəmə yapırdı. Bu ödəmə heç də az deyildi, ciddi rəqəmlərdən söhbət gedir.

Türkiyə ilə İsrailin münasibətlərində soyuqluq yaranan vaxtdan qardaş ölkə öz səmasını İsrail təyyarələrinə bağladı. İndi İsrail hərbi təyyarələri hərbi təlimlər vaxtı öz sərhədlərini aşaraq, Aralıq dənizi üzərində uçuşlar etmək məcburiyyətində qalır ki, bu da onlara sıxıntılar yaradır, beynəlxalq təzyiqlə üzləşirlər...

Düşünürəm ki, nə demək istədiyimi anladınız. Nə üçün Azərbaycan öz səmasını və yeni tikilən hava limanlarını döyüş təlimləri keçməsi üçün dost və qardaş İsrailin hərbi təyyarələrinin üzünə açmasın? Bu da həmin hava limanlarının rentabelli işləməsi üçün bir çözüm...

Bir 1 nəfər şəkili ola bilər