05 May 2024
Futbol üzrə Dünya çempionatının açılış oyununda BİABIRÇILIQ - FOTOLAR

Futbol üzrə Dünya çempionatının açılış oyununda BİABIRÇILIQ - FOTOLAR

21 Noyabr 2022
Baxış: 457

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

AJMEDİA.İNFO xəbər verir ki, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb.

A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın birinci hissəsi başa çatdıqdan sonra yerli azarkeşlər ikinci hissəni gözləyib komandalarına dəstək olmaq əvəzinə, stadionu tərk etməyə üstünlük veriblər. Bunun nəticəsində ikinci hissədə stadionun yarısı boş qalıb.

Qətərli azarkeşlərin bu addımı futbol ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb.

(Baku.vs)