03 May 2024
"Fulya Öztürk helikopterinə minib gəlsin, çəksin, biz yatarkən xalqı məlumatlandırsın" - Turan İbrahimov

"Fulya Öztürk helikopterinə minib gəlsin, çəksin, biz yatarkən xalqı məlumatlandırsın" - Turan İbrahimov

05 İyul 2021
Baxış: 754

“Xəzərdə partlayış olub, hər kəs xəbərdardır, amma heç kim dəqiq nə olduğunu bilmir. Niyə?”

AJMEDİA.İNFO xəbər verir ki, bu sualla teleaparıcı Turan İbrahimov sosial şəbəkə istifadəçilərinə müraciət edib. Öz sualına şərh verən jurnalist bunun səbəbini əksər aidiyyatı qurumlarda çevik, müstəqil və cəmiyyətin narahatlığına önəm verən ictimaiyyətlə əlaqələr mexanizmi olmamasımda görüb:

“Ən önəmlisi isə, ölkədə ciddi maddi-texniki imkanları- helikopterləri, peşəkar dronları və s. olan media qurumları yoxdur. Üstəlik də hər kəs çəkinir, tərəddüd edir ki, birdən nəyisə deyərəm bəyənilməz, maliyyəmi kəsib məhv edərlər.

Kəsəsi, peşəkar, vicdanlı və müstəqil düşünən jurnalistlərimiz var, di gəl ki, maliyyə müstəqilliyi olan jurnalistikamız yoxdur.

Çağırın türkiyəli həmkarımız Fulya Öztürk FOX TV-nin helikopterinə minib gəlsin. Çəksin, göstərsin, biz yatarkən xalqı o məlumatlandırsın. Yox, necə gəlsin axı? İndi ondan bunu nə istəyən olub, nə də bunun üçün bütün yaşıl işıqları yandıran…”.