05 May 2024
Fransa hökuməti turizm sektorunun dirçəlməsinə 18 milyard avro yardım edəcək

Fransa hökuməti turizm sektorunun dirçəlməsinə 18 milyard avro yardım edəcək

14 May 2020
Baxış: 421

Fransızlar iyul və avqust aylarında tətilə gedə bilərlər.

AJM xəbər verir ki, bu barədə Fransa Baş Naziri Eduard Filip turizmə yardımla bağlı hökumət planını təqdim edərkən deyib.

Baş Nazir bildirib ki, ölkədə otellərin 95 faizi bağlıdır. Qeyd edib ki, Fransa tarixində ilk dəfə hökumət turizm sektorunun inkişafına 18 milyard avro yardım planı hazırlayıb. E. Filip iyunun 2-dən restoran və kafeteriyaların açılmasını da arzulayıb.

Qeyd edək ki, Fransanın təcridolma rejimindən tədricən çıxmağının 4-cü günüdür.