03 May 2024
Fövqəladə hallar naziri SAXLANILDI - RƏSMİ AÇIQLAMA

Fövqəladə hallar naziri SAXLANILDI - RƏSMİ AÇIQLAMA

31 Mart 2022
Baxış: 850

Ermənistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Andranik Piloyan saxlanılıb.

AJMEDİA.İNFO Ermənistan KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

Martın 29-da Komitə fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dünən başlanan cinayət işilə bağlı nazirin hər hansı bir statusu açıqlanmayıb. İstintaqın hansı cinayət işi üzrə aparıldığı da hələlik məlum deyil.

Dünən baş nazir Nikol Paşinyan Piloyanı 14 günlük məzuniyyətə göndərib. Xatırladaq ki, ötən gün polis Fövqəladə Hallar Nazirliyində axtarışlar aparıb. Axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşını dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətiriblər.