05 May 2024
Fabrikdə partlayış olub, 9 nəfər ölüb

Fabrikdə partlayış olub, 9 nəfər ölüb

17 May 2023
Baxış: 547

Hindistanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İnsident ölkənin şərqindəki Qərbi Benqal ştatının Purba Medinipur rayonunda baş verib.

Agentliyin məlumatına görə, partlayışdan yaranan şok dalğası o qədər güclü olub ki, fabrikin yerləşdiyi bina uçub.

Qeyd edilir ki, fişəng istehsalının lazımi lisenziyası olmayıb və fabrik yeraltı fəaliyyət göstərib.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Teqlər: