03 May 2024
Ermənistanın keçmiş müdafiə naziri həbs olundu

Ermənistanın keçmiş müdafiə naziri həbs olundu

30 Sentyabr 2021
Baxış: 600

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub.

Bu barədə AJMEDİA.İNFO Ermənistan mətbuatına istinadən xəbər verir.

Məhkəmə keçmiş nazirin iki ay həbsi barədə qərar çıxarıb.

Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.

Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Ötən gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb.

Ölkə prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.