04 May 2024
Ermənistanın Azərbaycana qaytarmalı olduğu kəndə Rusiya hərbçiləri YERLƏŞDİRİLDİ

Ermənistanın Azərbaycana qaytarmalı olduğu kəndə Rusiya hərbçiləri YERLƏŞDİRİLDİ

09 Avqust 2021
Baxış: 646

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanın Qazax və Tovuz rayonları ilə həmsərhəd Tavuş vilayətində yerləşdirilir.

AJMEDİA.İNFO Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların bir hissəsi Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndində yerləşdirilib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, deputat Artur Ovannisyan sərhədçilərin digər ərazilərdə də yerləşdiriləcəyini söyləyib.

“Sərhədçilər təhlükəsizlik məqsədilə bu ərazilərdə yerləşdirilib. Yaxın zamanlarda rusiyalı sərhədçilər Tavuş vilayətinin digər yerlərində də yerləşdiriləcək”- deyə Ovannisyan söyləyib.