04 May 2024
Ermənistandan Qarabağla bağlı qızışdırıcı və həyasız BƏYANAT

Ermənistandan Qarabağla bağlı qızışdırıcı və həyasız BƏYANAT

22 Fevral 2022
Baxış: 543

1988-ci ilin fevral hadisələri ilə bağlı Ermənistan XİN də bəyanat verib.

AJMEDİA.İNFO xəbər verir ki, 20 fevral 1988-ci il – “artsaxın dirçəliş günü” kimi “qeyd edilən” tarixin ildönümündə Ermənistan XİN-in bəyanatında növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əks olunub.

Ermənistan XİN həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin xalq deputatları sovetinin guya “öz müqəddaratını təyin etmək üçün dinc yolla mübarizə” haqda, “uzun illərə dayanan etnik diskriminasiya və Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasətinə qarşı” tarixi bir qərar verdiyini bildirib:

“Bu hadisə 1988-ci ildə “öz ölkəsində” azadlıq, ləyaqətli və təhlükəsiz həyat və insan haqları ilə bağlı ümumerməni hərəkatının əsasını qoydu”.

Bəyanatda həmçinin vurğulanıb ki, 34 ildən sonra –Azərbaycan SSR-in “sərt qırğınları”, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, “Ermənistan və artsax milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma” istiqamətində birgə olmağa davam edir.

Qeyd edık ki, Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın daxilində qarayara kimi yaradılan keçmiş DQMV-da ermənilər deyil, hər zaman azərbaycanlılar diskriminasiyaya məruz qalıb və azərbaycanlıların bu torpaqlardan çıxması üçün hər vasitəyə əl atılıb. Keçmiş DQMV-də ermənilər tam şəkildə ermənidilli orta məktəblərdə təhsil alıblar, bütün reklam lövhələri, idarə adları ermənicə yazılıb, Xankəndidə ermənilərin ali məktəbi fəaliyyət göstərib. DQMV-dəki idarə və müəssisələrdə, rəsmi qurumlarda hər zaman ermənilər birinci postu tutublar və yazışmalar ermənicə aparılıb. Hər il Azərbaycan SSR-in dövlət büdcəsindən külli miqdarda dotasiya alan keçmiş DQMV Ermənistanla daim geniş əlaqələrdə olub. Hələ o zaman Laçın dəhlizi fəaliyyət göstərib və ermənilər üçün hər hansı problem qətiyyən olmayıb.

1988-ci il 20 fevrala qədər DQMV-də yaşayan əhalinin böyük əksəriyyəti ermənilər olub və onların sayı şişirdilərək 149 minə çatdırılıb. Nəinki Dağlıq Qarabağda, Azərbaycanın bütün regionlarında, əsasən də Bakıda ermənilər yüksək vəzifələrdə təmsil olunublar, ən gəlirli sahələrə rəhbərlik ediblər və yaxud orda əsas adamlardan biri olublar.

Yalnız 1988-ci il hadisələrindən sonra ermənilərin Azərbaycandan növbəti dəfə torpaq qoparmaq istəyinə qarşı Azərbaycan ictimaiyyəti etirazını bildirib və Bakıda dinc aksiyalar keçirilib. Buna cavab olaraq isə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə azərbaycanlılara qarşı hücumu və qətliamları başlayıb.

Ermənilər Xocalı və Ağdaban da daxil olmaqla, bir neçə dəhşətli soyqırım həyata keçiriblər və Ermənistanın üçüncü prezidenti, həmin qətliamlara rəhbərlik edən qatillərdən olan Serj Sərkisyan hələ 2000-ci ildə Tomas de Vaala müsahibəsində həyasızcasına “Xocalı ilə biz azərbaycanlılara sübut etdik ki, zarafat etmirik” deyərək, Ermənistanın Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti apardığını etiraf etmişdi.

Etnik təmizləmə və işğal nəticəsində keçmiş DQVM və ətrafındakı 7 rayonu 28 ilə yaxın nəzarətdə saxlamağı bacaran Ermənistan həmin əraziləri viran etdi, bütün tikililəri dağıdıb, cəhənnəmə çevirdi. Bu işğal siyasəti ermənilərin özlərinə də ziyan vurdu. Əgər 1988-ci ildə keçmiş DQMV-də 149 min erməni yaşayırdısa, 2020-ci ilin 27 sentyabrına – İkinci Qarabağ savaşı başlayana qədər cəmi 60 min erməni qalmışdı. Hazırda isə rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında 27 min erməni yaşayır.

Həmçinin Ermənistanda da erməni varlığı sürətlə azalır. Əgər 1988-ci ildə Ermənistanda 3,5 milyon erməni vardısa, hazırda bu rəqəm 1,8 milyondur.

Bütün dağıntılara, iqtisadi fəlakətlərə, ermənilərin özləri üçün demoqrafik problemlərə səbəb olmasına baxmayaraq, erməni siyasətçiləri və ideoloqları işğal siyasətindən əl çəkmək istəmir və belə görünür ki, Ermənistandan ermənilər son nəfərinə qədər qaçıb getməyənə və bu ölkədə erməni bitməyənədək, Ermənistanın bu iddiası da bitməyəcək. Zəruri olaraq xatırladaq ki, 1988-ci ildə Azərbaycan əhalisi 7 milyon idisə, hazırda 10 milyon 100 mindən çoxdur.(axar.az)