05 May 2024
"Ermənistanda bu kəşfiyyat qrupu Azərbaycana işləyir" - Avakyandan ŞOK AÇIQLAMA

"Ermənistanda bu kəşfiyyat qrupu Azərbaycana işləyir" - Avakyandan ŞOK AÇIQLAMA

27 Avqust 2021
Baxış: 715

Ermənistanda 9 nəfərdən ibarət kəşfiyyat qrupu Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları üçün işləyir və uzun müddətdir ki, vacib xəbərləri toplayır.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bu sözləri keçmiş Qarabağ separatçılarının keçmiş prezidentinin müşaviri Boris Avakyan erməni mediasına açıqlamasında deyib.

O iddia edib ki, bu qrupun üzvləri Ermənistan və Ukrayna vətəndaşlarıdır.

Avakyan iki ay bu qrupun fəaliyyətini izlədiyini də qeyd edib:

“Qrup müxtəlif dövlət vəzifələrində və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin 20-dək doğmasını “verbovka” etmək üçün aktiv iş aparırdı”.

O, bu barədə rəsmiləri məlumatlandırdığını, ancaq heç bir addım atılmadığını da bildirib.

Baş Prokurorluqdan isə mediaya açıqlama verərək, Avakyanın məlumatlarını araşdırdıqlarını qeyd ediblər.