04 May 2024
Ermənistan Su-30-ları Ukraynaya HÜCUM EDİR

Ermənistan Su-30-ları Ukraynaya HÜCUM EDİR

29 Mart 2022
Baxış: 466

Ermənistanın Su-30SM təyyarələrinin Rusiyanın Ukraynanın işğalı hücumuna cəlb edildiyi haqda məlumat yayılıb. Bu informasiyanı gücləndirən bir neçə məqam da var.

Birincisi, Rusiya Su-30-ları Ermənistana versə də, raketlərini verməmişdi və faktiki olaraq təyyarələr istifadəsiz halda qalıb: ruslar istifadə edilməyən təyyarələri raketlə təmin edərək, müharibəyə cəlb edə bilərlər;

İkincisi, Ukraynada müharibənin gedişatı Rusiyanın əlavə hərbi texnika və canlı qüvvə cəlb etməsini şərtləndirir: Su-30-ların Ermənistandan alınması ən asan seçimlərdəndir;

Üçüncüsü, Ermənistan Rusiyanın belə bir istəyindən imtina etməz: bu ölkənin ordusunun hərbi təchizatı bütövlükdə Rusiya tərəfindən həyata keçirilir, Moskvanın istəyini geri çevirmək erməni ordusunun bundan sonrakı təchizatında da problemlərə yol aça bilər;

Dördüncüsü, Ermənistan Su-30-ları Rusiyaya “texniki baxış” adı ilə göndərə və Rusiyanın istifadəsinə verdiyini bu yolla kamuflyaj edə bilər.

Qərbin marağında olsa, bu məlumatın dəqiqliyini yoxlamaq imkanı genişdir.

Asif Nərimanlı, siyasi şərhçi

AJMEDİA.İNFO