ABB-nin keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına BAŞLA...
30 dəqiqə əvvəlErmənistan silahlı qüvvələri Tovuz istiqamətində ATƏŞKƏSİ POZDU
27 Avqust 2021
Baxış: 573
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.