04 May 2024
Ermənistan himnini dinləmədən kürsünü tərk edən güləşçimizin MEDALI ALINDI

Ermənistan himnini dinləmədən kürsünü tərk edən güləşçimizin MEDALI ALINDI

04 İyul 2022
Baxış: 421

Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.


AJMEDİA.İNFO "Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.

Lakin mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən cavab olaraq məsələyə belə münasibət bildirilib: "U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”.