04 May 2024
"Ermənistan buna indi dur deməsə, Bakı sabah..." - Koçaryan

"Ermənistan buna indi dur deməsə, Bakı sabah..." - Koçaryan

25 May 2021
Baxış: 951

“Ermənistan təzyiqlərə müqavimət göstərməlidir”.

AJMEDİA.info “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan bildirib.

O deyib: “Əvvəla, bu şəkildə davranacağınız təəssüratını buraxmamalısınız, siyasətinizlə, addımlarınızla, ifadələrinizlə belə bir təəssürat yaratsanız, davamlı olaraq oxşar problemlər yaşayacaqsınız”.

“Ermənistan” bloku liderlərinin mayın 25-də keçirdiyi mətbuat konfransında sərhəddə yaranmış gərginliyə toxunan Robert Koçaryanın sözlərinə görə, Ermənistan gələcəkdə də bu cür gərginlik ocaqları ilə üzləşəcək:

“Ermənistan bu gün üzləşdiyi təzyiqlərə boyun əyməyəcəyini göstərməlidir. Bəli, ilk növbədə, problem danışıqlar yolu ilə həll edilməlidir, amma təkrar edirəm, bu məsələ Rusiya Federasiyasının vasitəçiliyi ilə indi həll olunarsa belə, sabah, yaxud birigün Bakı sərhədin başqa bir hissəsindəki oxşar problem yaradacaq. Vəziyyət belədir”.