04 May 2024
Ermənilər Şuşanın girişindəki tankın yanına “soyqırım”la bağlı plakat vurdu…

Ermənilər Şuşanın girişindəki tankın yanına “soyqırım”la bağlı plakat vurdu…

24 Aprel 2021
Baxış: 1773

“Yəqin, Rusiya sülhməramlılarının(?) bundan da xəbəri olmayıb…”

Xankəndindəki separatçı-terrorçu rejimin və daşnak partiyasının tör-töküntüləri bu gün – aprelin 24də səhər saatlarında Rusiya hərbçilərinin nəzarətində olan əraziyə daxil olaraq Şuşanın girişindəki tank-abidənin yanına qondarma “soyqırım” günü ilə bağlı plakat vurublar.

AJM xəbər portalı Moderator.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılmış görüntülərdən bəlli olur ki, plakatın üzərində “Unutmuruq, tələb edirik, azad edəcəyik” şüarı yazılıb.

Xatırladaq ki, bəhs edilən tank 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı şəhid Milli Qəhrəman Albaert Aqarunovun vurduğu erməni tankıdır.

P.S. Yəqin, Rusiya sülhməramlılarının(?) bundan da xəbəri olmayıb…

Teqlər: Şuşa