03 May 2024
Erməni terrorunun gizlinləri: SSRİ-də partladılacaq təyyarələr və möcüzəvi şəkildə xilas olan 365 sərnişin

Erməni terrorunun gizlinləri: SSRİ-də partladılacaq təyyarələr və möcüzəvi şəkildə xilas olan 365 sərnişin

01 Fevral 2022
Baxış: 454

Terrorun milliyəti, dili, dini olmur, bu bəla bütün bəşəriyyət üçün ən dövrün ən böyük təhdidlərindən biridir. Ancaq təəssüflər olsun ki, erməni terroruna dünya ictimaiyyəti tərəfindən heç zaman layiq olduğu “diqqət” yetirilməyib.

AJMEDİA.İNFO xəbər verir ki,Ola bilsin ki, bu laqeyd münasibətə səbəb erməni terrorunun böyük ölçüdə Azərbaycan və Türkiyə əhalisinə qarşı yönəlməsidir. Halbuki, erməni terroru da digər terror mənsubları kimi sadəcə bir xalqı hədəf seçmir, onun düşməni erməni ideologiyasına, onun xəstə təxəyyül məhsulu ideyalarına qarşı çıxan hər kəsdir.

Erməni faşizmi, terroru hər zaman günahsız insanları, onların ən köməksiz olduğu məqamlarda hədəf seçib. Dünya ictimaiyyətinin bir çox hallarda göz yumduğu erməni terrorunun bilinməyən, işıqlandırılmamış səhifələri də var. Hansı ki, burada seçilən qurbanlar məhz erməni vəhşiliyinin bütün bəşəriyyət üçün bir bəla olduğunu göstərir.

Haqqında danışacağımız hadisə 18 mart 1991-ci ildə baş verib. Moskva-Novosibirsk reysi ilə uçuş həyata keçirən təyyarə 18 heyət üzvə və 365 sərnişin olmaqla ümumilikdə 383 nəfərlə havaya qalxıb.

Havaya qalxdıqdan iki saat sonra təxminən 00:20 radələrində pilot kabinəsində əyləşənlər dəhşətli partlayış səsini eşidir. Əvvəlcə partlayış olduğunu anlamayan pilotlar kabinənin qapısını açdıqda güclü yanğınla qarşılaşır və yanıq xəsarətləri alırlar. Çox çətinliklə təyyarədəki yanğını söndürmək mümkün olub. Hadisə zamanı təyyarə hündürlüyü itirməyə başlayıb. Yanğın nəticəsində göyərtəni tüstü bürüdüyü üçün cihazların göstəricilərini izləmək mümkün olmayıb.

Rusiyanın “AiF” (“Arqumentı i faktı”) nəşrinə verdiyi müsahibədə pilot Yuri Sıtnik təhlükəli anların təfərrüatını danışıb. Onun sözlərinə görə, həmin vaxt Ural dağları üzərindən uçan təyyarənin 2700 metrdən aşağı enməsi böyük təhlükə yarada bilərmiş.

Sözügedən vəziyyət bir qədər sakitləşdikdən sonra pilot hadisənin səbəbini daha dəqiq öyrənə bilib. Belə ki, sərnişinlərdən biri 26 yaşlı Yevgeni Volodin təyyarəyə partlayıcı maddə olan – selitra daxil edə bilib. Partlayış isə məhz bu yolla törədilib. O, üç bombanı partlamağa çalışsa da, yalnız ikisini partlada bilib. Bundan sonra göyərtə əməkdaşı və sərnişinlərdən biri tərəfindən zərərsizləşdirilib.

Hadisədən sonrakı araşdırmalar göstərib ki, Y.Volodin erməni millətçiləri ilə əlaqədə olub. Onun ifadəsi ilə Sankt-Peterburq, Kalininqrad və bir sıra digər şəhərlərdə analoji terror aktlarının qarşısı alınıb. Erməni terrorçuları bu yolla Qarabağda cərəyan edən hadisələrə diqqət yönəltməyə çalışıblar.

Pilot Yuri Sıtnik və yoldaşlarının qəhrəmanlığı sayəsində təyyarəni yerə endirmək mümkün olub. Xoşbəxtlikdən erməni terror təşkilatlarının planları baş tutmayıb.

Göründüyü kimi erməni terrorçuları öz məkrli planlarının icrası naminə hətta SSRİ-də də terror aktlarına əl atıb, yüzlərlə günahsız sərnişini qətlə yetirməkdən çəkinməyiblər.

Bu kimi hadisələrin indiyə qədər işıqlandırılmaması məhz erməni terrorçularının mənfur xislətinin dünya ictimaiyyəti tərəfindən lazımınca dərk edilməməsinə gətirib çıxarıb.

Lakin tarix səhifələri ermənilərin yüzlərlə terror aktları və günahsız insanlara qarşı törətdiyi qanlı əməllərlə doludur. Bu vəhşi xislətə, amansız terrora son qoymaq üçün isə bütün dünyanın erməni terrorunun əsl mahiyyətini anlaması və onunla mübarizəyə qoşulması əsas şərtdir...