03 May 2024
Erməni mediasından ŞOK İDDİA: Nikol Paşinyan Arayik Arutyunyanı otağından QOVUB

Erməni mediasından ŞOK İDDİA: Nikol Paşinyan Arayik Arutyunyanı otağından QOVUB

19 Aprel 2022
Baxış: 478

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya getməzdən əvvəl qondarma rejimin rəhbəri Arayik Arutyunyan və qondarma rejimin təhlükəsizlik şurasının katibi Vitali Balasanyanla görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda “İravunk” qəzeti məlumat yayıb.

“ Arayik Arutyunyan Paşinyanla Moskvada keçirilən görüşlə bağlı fikir mübadiləsi aparıb. Amma onların görüşü qalmaqalla bitib. Nikol Paşinyana etiraz edən Arayik Arutyunyan onunla kobud danışıb. Bundan qəzəblənən Nikol Paşinyan Arayik Arutyunyanı otağından qovub. ”. -qəzet qeyd edib.

Qəzetin iddiasına görə Arayik Arutyunyan və Vitali Balasanyan Paşinyanın otağından qovulması onu deməyə əsas verir ki, Nikol Paşinyan onların tələbini qəbul etməyib. Qeyd edək ki, Nikol Paşinyan Arayik Arutyunyan və Vitali Balasanyanla görüşdən öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə də danışıb. (Alp.az)