03 May 2024
Erməni iş adamından Boris Consona SKANDAL ÇAĞIRIŞ: “Sən də türk baban kimi ol və...” - FOTO

Erməni iş adamından Boris Consona SKANDAL ÇAĞIRIŞ: “Sən də türk baban kimi ol və...” - FOTO

26 Aprel 2022
Baxış: 1129

ABŞ-ın “Nyu-York Tayms” qəzetində erməni lobbiçisi, iş adamı Rafi Manukyanın verdiyi elanda babası türk olan İngiltərə Baş naziri Boris Consona skandal çağırış edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bir səhifəlik elanda Conson babası Əli Kamalın yolu ilə getməyə və qondarma erməni soyqırımını tanımağa çağırılıb.

Elanda bu ifadələrə yer verilib:

“Əli Kamal. Bu böyük insan sizin ulu babanızdır. O, türk jurnalist və siyasətçi idi. Erməni soyqırımını törədənləri cəzalandırmaq səylərinə görə “satqın” adlandırılıb. Sonda küçədə öldürülüb”.

Qondarma erməni soyqırımı təbliğatının yer aldığı elanın aşağı hissəsində böyük hərflərlə yazılmış “Erməni soyqırımına ədalət gətir” çağırışı da diqqət çəkib.

Elanın sonunda bunu qəzetdə çap etdirən şəxsin erməni iş adamı Rafi Manukyan olduğu deyilib. Həmin şəxs isə bir müddət ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin meri olub.(teleqraf.com)