04 May 2024
Əri tərəfindən qətlə yetirilən qadınla körpəsinin ÜRƏKDAĞLAYAN YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Əri tərəfindən qətlə yetirilən qadınla körpəsinin ÜRƏKDAĞLAYAN YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

02 Sentyabr 2021
Baxış: 1361

Ailədaxili münaqişənin qurbanı olan Aytən Niftəliyeva bu gün vəfat edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Aytən Niftəliyevanın qardaşı İlkin Süleymanov Yenicag.az-a məlumat verib.

O bildirib ki, bacısı səhər saatlarında dünyasını dəyişib:

"Bədənində 64 sınığı olan, iki ciyəri işləməyən və ümumilikdə orqanları zədələnən Aytən Niftəliyeva əvvəlcə DTX-nın hospitalına yerləşdirilib. Hospitalda həyati təhlükəsi aradan qalxandan sonra Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (Respublikanski) ikinci korpusuna köçürülüb. Ötən gün axşam saatlarında böyrəklərdə daxili qanaxma başlayıb. Həkimlər qorxulu bir şey olmadığını dedilər. Qan itirdiyinə görə əlavə qan vuruldu. Daha sonra ağciyərlərdə daxili qanaxma başlayıb və ciyərlərinə qan dolub. Bacımı saturasiya aparatına qoşdular. Gecə saturasiyası 30-a qədər düşmüşdü. Səhərə yaxın isə aparatda olsa da, ürəyi dayanıb".

Qeyd edək ki, 30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə həyat yoldaşı Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb. Nəticədə 1 yaş yarımlıq körpə ailəyə məxsus üçmərtəbəli şəxsi binanın sonuncu mərtəbəsindən yerə yıxılıb. Hadisə nəticəsində körpə yerindəcə vəfat edib. Anası Aytən Niftəliyeva İlham qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmışdi.

Əri tərəfindən öldürülən qadınla körpəsinin YENİ GÖRÜNTÜLƏRİƏri tərəfindən öldürülən qadınla körpəsinin YENİ GÖRÜNTÜLƏRİƏri tərəfindən öldürülən qadınla körpəsinin YENİ GÖRÜNTÜLƏRİƏri tərəfindən öldürülən qadınla körpəsinin YENİ GÖRÜNTÜLƏRİƏri tərəfindən öldürülən qadınla körpəsinin YENİ GÖRÜNTÜLƏRİ