04 May 2024
Ərdoğanın köməkçisindən yəhudilərə DƏSTƏK: "Bizim tariximizdə HOLOKOST ləkəsi yoxdur" - FOTO

Ərdoğanın köməkçisindən yəhudilərə DƏSTƏK: "Bizim tariximizdə HOLOKOST ləkəsi yoxdur" - FOTO

25 Aprel 2022
Baxış: 392

ABŞ Prezidenti Cozef Bayden erməni yalanlarından ibarət 24 aprel 1915-ci il olaylarını bu il də “soyqırım” adlandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Türkiyə siyasətçiləri tərəfindən sərt qınanılıb.

Belə ki, Ərdoğanın sözçüsü İbrahim Kalın Baydenin “soyqırım” ifadəsinə belə reaksiya verib:

“Milyonlarla insanı ölümə aparan, Dünya Müharibələri törədən, kütləvi qırğın silahları istehsal edən, atam bombası atan, kölə ticarəti edən, insanları zooparklarda nümayiş etdirən modern barbarlar...”

İbrahim Kalın həmçinin Qərbin törətdiyi Yəhudi soyqırımı Holokostu da unutmayıb və türkün tarixində etnik təmizləmə olmadığını sərt şəkildə ifadə edib:

“Bizim tariximizdə etnik təmizləmə, Holokost ləkəsi yoxdur! Siz güzgüdə özünüzə baxın”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Co Baydenin “soyqırım” ifadəsini sərt şəkildə tənqid edib.

"Bəzi Qərb liderləri son günlər "soyqırım" sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu, doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan "soyqırım" sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir" – Çavuşoğlu bildirib.

No description available.

Vəsilə İbrahim,

AJMEDİA.İNFO

Teqlər: Ərdoğan