03 May 2024
Ərdoğanın Azərbaycana gələcəyi TARİX AÇIQLANDI

Ərdoğanın Azərbaycana gələcəyi TARİX AÇIQLANDI

27 May 2021
Baxış: 603

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfəri gözlənilir.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” agentliyinə Bakıdakı diplomatik mənbələrdən məlumat verilib.

“İyunun 16-sı isə Azərbaycan və Türkiyə Prezidentlərinin Qarabağın Şuşa şəhərinə səfəri gözlənilir”,- deyə məlumatda qeyd olunub.

Mənbə, Ərdoğanın Qarabağın ikinci böyük şəhəri olan Şuşaya səfəri zamanı burada məktəb təməlqoyma mərasiminin keçirilməsinin planlaşdırıldığını da açıqlayıb.

Ərdoğanın Bakı və Şuşaya iddia olunan səfəri rəsmi mənbələr tərəfindən hələ ki, təsdiqlənməyib.