03 May 2024
Ərdoğandan "S-400" və "F-35" məsələsinə münasibət

Ərdoğandan "S-400" və "F-35" məsələsinə münasibət

13 İyun 2021
Baxış: 822

Əvvəlcə ABŞ-Türkiyə münasibətlərini müzakirə etmək lazımdır. Şayiələri arxada qoyaraq nə etməli olduğumuz barədə danışacağıq.

ajmedia.info xəbər portalı "Publika.az"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenlə baş tutacaq görüşdən bəhs edərkən deyib.

R.T.Ərdoğan həmçinin "S-400" və "F-35" məsələsinə də münasibət bildirib:

"Görüş məqsədimiz çox genişdir. 24 aprel uyğun zaman deyildi. ABŞ-dan belə bir yanaşma oldu, bu yanaşmanı gözləmirdik və bu, bizi çox üzdü. Türkiyə təsadüfi bir ölkə deyil. Türkiyə ABŞ və NATO-nun müttəfiqidir. İki müttəfiqin NATO ilə uzaqdan və ya yaxından əlaqəsi olmayan ermənilərlə bağlı ölkəmizə qarşı yanaşma nümayiş etdirməsi bizi narahat etdi. Bunu xatırlatmadan keçmək mümkün deyil. Türkiyə "F-35" ilə bağlı verdiyi vədi yerinə yetirsə də, ABŞ sözünə əməl etmədi. Türkiyədən satınalma həyata keçirilib, ortada təxminən 700-750 hissə verən Türkiyə var. 5 ədəd "F-35" verildi, bu "F-35"lər müsadirə yolu ilə göndərilmədi. ABŞ isə "Patriot"lar barədə verdiyi sözə əməl etmədi və onları geri aldı. Biz də məlum "S-400" ilə bağlı geri addım atdıq".