05 May 2024
Emmanuel Makronun peyvənd yalanı QALMAQALA SƏBƏB OLDU

Emmanuel Makronun peyvənd yalanı QALMAQALA SƏBƏB OLDU

27 Avqust 2021
Baxış: 905

Ötən ilin dekabr ayında koronavirusa yoluxan Fransa prezidenti Emmanuel Makron ölkəsində vaksinasiyanın başladığı 31 may tarixində həyat yoldaşıyla birgə peyvənd olunduğunu bəyan edib.

AJMEDİA.İNFO HaberGlobal-a istinadən xəbər verir ki, bu barədə məlumatı dövlət başçısı vaxtilə “Twitter” səhifəsindən paylaşıb.

Lakin o zaman səhiyyə naziri Olivye Veran və Baş nazir Jan Kasteksin müvafiq görüntüləri yayıldığı halda, Makronun peyvənd fotoları dərc edilməyib.

“Mediapart” prezident və xanımının vaksin sertifikatlarının məlumatlarını əldə edib. Birinci ledinin COVID pasportunda peyvənd tarixi kimi 31 may göstərilsə də, Makronun sənədində 13 iyul qeyd olunub.

Yelisey sarayından verilən açıqlamada prezidentin sertifikatındakı tarixin texniki səhv nəticəsində yalnış yazıldığı bildirilib. Lakin bununla yanaşı, dövlət başçısının məhz mayın 31-də peyvənd olunmasıyla bağlı heç bir dəlil təqdim edilməyib. (Manset.az)