03 May 2024
“Emirates” 8 ölkəyə aviareysləri bərpa edir

“Emirates” 8 ölkəyə aviareysləri bərpa edir

13 May 2020
Baxış: 451

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti mayın 21-dən 8 ölkəyə reysləri bərpa edəcəyini açıqlayıb. Qeyd olunub ki, Böyük Britaniya ilə Avstraliya arasında uçuşlara da yenidən başlanacaq.

AJM xəbər verir ki, aviaşirkətin açıqlamasında London, Frankfurt, Paris, Milan, Madrid, Çikaqo, Toronto, Sidney və Melburna aviareyslərin bərpa ediləcəyi bildirilir. Əlavə olunur ki, uçuşlar hökumətin icazəsi ilə bərpa olunur və sərnişinlər bilet almaq üçün müraciət edə bilərlər.

Aviaşirkət bəyan edib ki, bütün sərnişinlər Dubay Səhiyyə İdarəsinin nəzarəti ilə koronavirus testindən keçiriləcək və onlara 14 gün müddətində karantin rejimi tətbiq ediləcək