04 May 2024
“Əməkdaşlıq hara, Şuşanı atəşə tutmaq hara?“ - Paşinyanın açıqlamasına Azərbaycandan reaksiya

“Əməkdaşlıq hara, Şuşanı atəşə tutmaq hara?“ - Paşinyanın açıqlamasına Azərbaycandan reaksiya

09 Sentyabr 2021
Baxış: 378

“Türkiyə Ermənistanla əməkdaşlığa hazırdır, lakin birtərəfli əməkdaşlıqdan söhbət gedə bilməz”.

Bu sözləri Türkiyə-Ermənistan münasibətlərini şərh edən deputat Elman Nəsirov deyib.

AJMEDİA.İNFO xəbər verir ki, O, Ermənitanın da altıtərəfli əməkdaşlıq formatına qoşulmaq istədiyini qeyd edib:

“Altıtərəfli əməkdaşlıq formatının (3+3) iclası zamanı Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan unikal bir təşəbbüslə çıxış etdilər. Həmin formatda bu gün Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İran iştirak edir. Əməkdaşlıq formatına Ermənistanın da daxil olması məsələsi gündəmə gətirilib. Lakin bu məsələ də hər şey Ermənistanın davranışından asılıdır.

Ermənistan rəhbərliyi səviyyəsində Türkiyə ilə əməkdaşlığın bərpa olunması istiqamətində müəyyən fikirlər səslənir. Lakin bu fikirlər səslənərkən heç bir ilkin şərtin olmaması kimi məsələlərdə gündəmdədir. Türkiyə Ermənistanla əməkdaşlığa hazırdır. Lakin birtərəfli əməkdaşlıqdan söhbət gedə bilməz. Regionda sülhə, əmin-amanlığa, inkşafa xidmət edən əməkdaşlıq olmalıdır.

Ermənistan əməkdaşlıqdan danışır, sonra Dağlıq Qarabağ xalqı ifadəsi işlədilir, Ermənistanla-Qarabağın xüsusi əməkdaşlıq planından bəhs olunur, status məsələsi gündəmə gətirilir.

Vurğulamaq istəyirəm ki, həllini tapmış münaqişədə yenidən ATƏT-in Minsk Qrupunun rolunun canlandırılması məsələsi də önə çıxarılır, delimitasiya və demarkasiya prosesindən bəhs olunur, Sülh müqaviləsinin imzalanması haqqında bir kəlmə də yoxdur.

Ermənistan hərbi insidentlər törədir, Şuşanı atəşə tutur, təxribatçı bəyanatlar verir. Əməkdaşlıq nədir, bu təxribatçı bəyanatlar nədir?

Ermənistan bu cür davranışları ilə əməkdaşlığa marağı olmadığını sübut etmiş olur. Ermənilər Şuşanı və digər ərazilərimizi atəşə tutmaqla beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər ki, münaqişə bitməyib və həll etmək lazımdır. Bunlar qəbul edilməz məsələlərdir”.

Elman Nəsirov Azərbaycanda hərbi əsir olmadığını, status məsələsinin həll edildiyini bildirib:

"Azərbaycanda hərbi əsir yoxdur, status məsələsi də birdəfəlik həllini tapıb. Cənab prezidentin müvafiq fərmanı ilə Qarabağ iqtisadi rayonu yaradılıb. Biz delimitasiya və demarkasiyaya, sülh imzalamağa hazırıq.

Bütün bunlar Ermənistanın davranışından asılıdır. Ermənistan "Türkiyə ilə əməkdaşlığa hazırıq" deyib bu cür addımlar atırsa, bu əməkdaşlıq sayılmır. Onlar tamamilə köhnə ampulada qalıb”. (Yeni Sabah)