03 May 2024
Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi: "Reanimasiyadadır..." - FOTO

Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi: "Reanimasiyadadır..." - FOTO

22 Aprel 2024
Baxış: 282

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə onun qızı Əminə Sadıqova Manset.az-a məlumat verib.

Onun dediyinə görə, F. Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib:

“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu. Axır vaxtlar həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı. Vəziyyəti qəfil pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan birinə yerləşdirdik. Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm, atamın müalicəsinə kömək etsinlər”.