03 May 2024
Əməkdar artist Rafael İsgəndərov şəhid Müşviqin səsyazısını yaydı - VİDEO

Əməkdar artist Rafael İsgəndərov şəhid Müşviqin səsyazısını yaydı - VİDEO

27 Sentyabr 2022
Baxış: 515

Əməkdar artist Rafael İsgəndərov İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun səsyazısını yayımlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə "Instagram" hesabında şəhidin fotolarından ibarət video paylaşıb.

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin",- deyə R. İsgəndərov qeyd edib.

"Allah gələn il bayramı bizim kəndimizdə keçirməyi nəsib olsun, sizi də dəvət edək, görün nə kənd var imiş. Allah bizə onu qismət edər", - deyə, səsyazıda M.Abbasov bildirib.

Qeyd edək ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb. Müşfiq Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş.