05 May 2024
Əliyevlə Ərdoğan Füzuli hava limanının açılışını etdi - VİDEO - YENİLƏNDİ
Əliyevlə Ərdoğan Füzuli hava limanının açılışını etdi - VİDEO - YENİLƏNDİ

Əliyevlə Ərdoğan Füzuli hava limanının açılışını etdi - VİDEO - YENİLƏNDİ

26 Oktyabr 2021
Baxış: 627

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

AJMEDİA.İNFO məlumat verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər.

Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

xxx

13:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Prezident Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.