05 May 2024
Əhalinin DİQQƏTİNƏ! - Bu ərzaq malları KƏSKİN BAHALAŞDI

Əhalinin DİQQƏTİNƏ! - Bu ərzaq malları KƏSKİN BAHALAŞDI

13 Noyabr 2023
Baxış: 394

Oktyabrda ərzaq mallarından yumurtanın və tərəvəzlərin qiymətində kəskin artım baş verib.


AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, yumurtaların qiyməti sentyabr ayına nisbətən 8,7 faiz, tərəvəzlərin qiyməti 6,5 faiz artıb.


Digər ərzaq mallarının heç birində nəzərə çarpan bahalaşma qeydə alınmayıb. Əvəzində meyvələrin qiymətində ciddi enmə baş verib. Bir ayda meyvələrin qiyməti orta hesabla 2,4 faiz enib.


Ümumilikdə, ötən ay qida məhsullarının qiyməti 0,9 faiz artıb. Statistik məlumatlardan görünür ki, əgər oktyabrda tərəvəzlərin qiymətində kəskin artım baş verməsəydi, aylıq müqayisədə ərzaq mallarında ucuzlaşma baş verəcəkdi.