04 May 2024
Əfqanıstandan təxliyə olunan 1982 xarici vətəndaş Daşkənd aeroportu vasitəsilə ölkələrinə yola salınıb

Əfqanıstandan təxliyə olunan 1982 xarici vətəndaş Daşkənd aeroportu vasitəsilə ölkələrinə yola salınıb

21 Avqust 2021
Baxış: 711

Özbəkistan Əfqanıstanın paytaxtı Kabildən təxliyə olunan xarici vətəndaşların Daşkənd aeroportu vasitəsilə ölkələrinə göndərilməsində aktiv iştirak edir. Belə ki, avqustun 19-dan Daşkənd Beynəlxalq Hava Limanının “Daşkənd-3” terminalı bu məqsəd üçün ayrılıb və son iki gündə 1982 xarici vətəndaş öz ölkəsinə yola salınıb.

AJM Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Daşkənd hava limanından göndərilənlər arasında Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, İsveçrə, Danimarka, Polşa, Macarıstan, Slovakiya və Qazaxıstan vətəndaşları var.

“Daşkənd-3” terminalı vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.