04 May 2024
Dünən İsrailə neçə raket atılıb? - RƏSMİ STATİSTİKA

Dünən İsrailə neçə raket atılıb? - RƏSMİ STATİSTİKA

19 May 2021
Baxış: 529

Ötən sutka ərzində Qəzza zolağından İsrail ərazilərinə 50 raket atılıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat yayıb. Onlardan 10-u anklavın ərazisində partlayıb.

“Ötən gün saat 19:00-dan bu gün 07:00-a qədər Qəzza zolağından İsrail ərazisinə 50 raket atılıb. Onlardan 10-u Qəzza zolağına düşüb”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, 10 may tarixindən etibarən Fələstin anklavından İsrail ərazilərinə ən az 3750 raket atılıb, bunlardan 550-si Qəzza zolağında partlayıb, 90 faizi isə İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.