03 May 2024
Dövlətlərin hərbi gücü: Azərbaycan, Türkiyə və İsrail neçənci yerdədir? - SİYAHI

Dövlətlərin hərbi gücü: Azərbaycan, Türkiyə və İsrail neçənci yerdədir? - SİYAHI

11 Noyabr 2021
Baxış: 851

“Global Firepower” dövlətlərin hərbi gücünə görə yeni reytinqini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, 140 ölkənin yer aldığı reytinq hərbi güc, maliyələşmə, maddi-texniki imkanlar – ümumilikdə 50 fakt üzrə tərtib edilib.

İlk 5 yeri ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya tutub.

Qardaş ölkələr Pakistan və Türkiyə ordusu 10 və 11-ci sıradadır. Ölkəmizin tərəfdaşı İsrail isə 20-ci yerdədir.

Ukrayna yeni reytinqdə irəliləyib və 25-ci pilləyə qalxıb.

Azərbaycan 63-cü sırada yer almaqla Cənubi Qafqaz arasında liderliyini təbii ki, davam etdirir.

Azərbaycanın qonşuları – İran 14-cü, Gürcüstan 92-ci yerdə qərarlaşıb. Düşmən Ermənistan isə 100-cüdür.