04 May 2024
Dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydası dəyişdi

Dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydası dəyişdi

17 Noyabr 2021
Baxış: 381

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra sözügedən Qayda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinə şamil olunmayacaq.