05 May 2024
Dövlət Sərhəd Xidmətinin çavuşu VƏFAT ETDİ

Dövlət Sərhəd Xidmətinin çavuşu VƏFAT ETDİ

03 Fevral 2022
Baxış: 526

Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.

Bu barədə AJMEDİA.İNFO-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.