04 May 2024
"Dövlət başçısı bu krediti bağışlaya bilər" - RƏSMİ

"Dövlət başçısı bu krediti bağışlaya bilər" - RƏSMİ

19 Oktyabr 2022
Baxış: 438

“Ali təhsil müəssisələrinin çoxu tələb edir ki, təhsil haqqı bir dəfəyə ödənilsin”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

"Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır. Bu, sosial kreditlərdir. Bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bu sosial kreditlərdir, faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək”.