03 May 2024
Dostu Putinin ən böyük qorxusundan danışdı: “Heç kim yaxınına düşə bilmir...”

Dostu Putinin ən böyük qorxusundan danışdı: “Heç kim yaxınına düşə bilmir...”

01 Fevral 2023
Baxış: 304

Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından hesab olunan, alman iş adamı Matias Uarninq dostunun əsas qorxusu barədə açıqlama verib.

AJMEDİA.İNFO xarici mediaya istinadən bildirir ki, o, bu barədə “Die Zeit” qəzetinə müsahibəsində danışıb. Onun sözlərinə görə, Putin koronavirusdan çox qorxur və özü ilə xarici aləm arasında “çəpər çəkib”.

Matias bildirib ki, Putinin koronavirusa yoluxmaq qorxusu ağlasığmaz dərəcədə böyükdür, buna görə o, özünü tamamilə təcrid edib.

"Kreml rəhbərini demək olar ki, heç kimin görməsinə icazə verilmir və onunla əsas əlaqə telefon və video zənglər vasitəsilə olur. Mənimlə əlaqə saxlamağa çalışır. Ona nəsə deyə bilən yeganə adamam”, - Uorniq bildirib.