03 May 2024
Donbasda ağır döyüşlər gedir: Rusiya itki verdi

Donbasda ağır döyüşlər gedir: Rusiya itki verdi

15 May 2022
Baxış: 521

Donbasda ukraynalı hərbçilər düşmənin 12 hücumunun qarşısını alıb. Hazırda 6 məntəqədə isə döyüşlər gedir.

Bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qruplaşması məlumat yayıb.

Hazırda vəziyyətin çətin olduğu qeyd edilib:

"Düşmən aviasiyadan, reaktiv yaylım atəş sistemindən, böyük ölçülü aviasiya raketlərindən, minaatanlardan istifadə edir, mülki struktura raket zərbələri endirir.

İndiyə qədərki döyüşlərdə düşmənin 8 tankı, 5 artilleriya sistemi, 9 zirehli texnikası, 5 hərbi maşını məhv edilib. Bundan başqa, Donbasda düşmənin 6 ədəd "Orlon-10" və bir ədəd "Eleron" PUA-sı vurulub". Sonxeber.az