02 May 2024
"Deyəcəklər ki, Ermənistana görüm-baxıb etməliyik" - Millət vəkili AZAL-ı SƏRT TƏNQİD ETDİ

"Deyəcəklər ki, Ermənistana görüm-baxıb etməliyik" - Millət vəkili AZAL-ı SƏRT TƏNQİD ETDİ

06 Oktyabr 2021
Baxış: 601

Azərbaycan rəsmi şəkildə Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Beləliklə, bundan sonra AZAL Bakı-Naxçıvan reysini yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

Ermənistan üzərində hava yolunun açılması Azərbaycanla Türkiyə arasında məsafəni, bununla da yanacaq sərfiyyatını xeyli azaldacaq.

Maraqlıdır, Türkiyə ilə məsafənin azalması təyyarə biletlərində qiymətlərin azalmasına səbəb ola bilərmi?

AJMEDİA.İNFO-nun xəbərinə görə, Milli Məclisin deputatı Fazil Mustafa modern.az-a bildirib ki, məsafənin azalmasına baxmayaraq biletlərin qiyməti azalmaq əvəzinə artacaq:

“Çünki Azərbaycanda müəyyən qurumlar var ki, bunlar hər fürsətdən istifadə edirlər. Onlar gözləyirlər ki, məsafə azalsa belə qiymətləri artırırlar ki, qazanc əldə etsinlər. Onları Azərbaycan insanı, Vətən belə şeylər maraqlandırmır.

Əksinə deyəcəklər ki, Ermənistanın üstündən uçuruq deyə onlara da görüm-baxıb etməliyik. Mən ümid etmirəm ki, qiymətlər azalacaq”.