04 May 2024
“Dərhal başlamalıyıq…” - Paşinyandan Azərbaycanla bağlı VACİB AÇIQLAMA

“Dərhal başlamalıyıq…” - Paşinyandan Azərbaycanla bağlı VACİB AÇIQLAMA

24 Mart 2022
Baxış: 633

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”.


AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, dünyada və regionda vəziyyət gərgindir: “Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.

Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.